Azərbaycan Respublikası prezidentinin köməkçisindən daha bir iddia
Sen 19, 2023 18:14 Asia/Baku
Antiterror tədbirlərinin məqsədi qanunsuz erməni silahlı birləşmələrini zərərsizləşdirməkdir - Hikmət Hacıyev
Azərbaycan KİV-i xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT Haber"-ə açıqlamasında bildirib.
"Azərbaycan heç bir zaman Qarabağda yaşayan mülki əhaliyə qarşı bir hərəkət etmir. Onları bu qanunsuz xuntandan xilas etmək məqsədini qarşımıza qoymuşuq", - deyə H.Hacıyev əlavə edib.
Qeyd edək ki,Bakı Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladığını iddia edib.