Sen 25, 2023 10:39 Asia/Baku
  • “Əliyev” Ermənistanla Azərbaycan Respublikası arasında sülhdən danışıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib.

Ötən həftə (19 sentyabr) Azərbaycan Respublikası “antiterror və erməni qüvvələrinin tərksilahı” əməliyyatı iddiası ilə Dağlıq Qarabağ bölgəsinə hücum edib. Bu arada İrəvan həmin ərazidə hərbi qüvvələrinin olmadığını iddia edərək  Bakının hərəkətini “kütləvi hücum” adlandırıb. Bir gün sonra Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə atəşkəs razılaşması əldə olunub.

“Tasnim” xəbər agentliyinin məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti Elham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşündə , yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib.

 Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti  hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib.