Dek 08, 2023 11:00 Asia/Baku
  • İrəvan və Bakı münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər

İrəvan və Bakı münasibətlərin normallaşdırılması və hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər.

Ermənistanla Azərbaycan Respublikası arasında münasibətlərin normallaşması prosesi 2021-ci ildə əldə olunan atəşkəs razılaşmasından və 44 günlük Dağlıq Qarabağ müharibəsinin başa çatmasından sonra başlayıb və iki ölkə arasında yaranmış gərginlik səbəbindən bir qədər sonra dayandırılıb.

İndisə İrəvan və Bakı yenidən münasibətlərin normallaşması barədə razılığa gəliblər.

Ötən gün (Cümə axşamı) Ermənistan və Azərbaycan Respublikası iki ölkə arasında münasibətlərin normallaşdırılması və hərbi əsirlərin mübadiləsi barədə razılığa gəldiklərini bildiriblər.

Bəyanatda münasibətlərin normallaşması üçün addımların atılmasının zəruriliyinə işarə olunaraq deyilib ki, İrəvan və Bakı bir-birinin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq planlarını açıqladılar.

Bu bəyanata əsasən, Azərbaycan Respublikası 32 erməni əsgərinin, Ermənistan da Azərbaycan Respublikasının iki əsgərinin azad edilməsinə razılıq verib.

Bəyanatda İrəvan və Bakının etimad yaratmaq səyləri və beynəlxalq ictimaiyyətin bu səyləri dəstəkləməsinin zəruriliyi vurğulanıb.