Qalibaf:
ABŞ-ın bütün əməlləri şeytanı təqlid etməkdir, ABŞ-ın özü isə böyük şeytandır
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Köhestəkdə toy mərasiminə qarşı törətdiyi son cinayətə münasibət bildirərək yazıb: “ABŞ-ın bütün əməlləri şeytanı təqlid etməkdir, ABŞ-ın özü isə böyük şeytandır.”
Pars Today-in verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri ABŞ-ın çərşənbə axşamı gecə İranın cənubundakı mülki obyektlərə hücumlarına və Sirik adasında keçirilən toy mərasimində çox sayda iranlının həlak olmasına münasibət bildirərək, ABŞ-ın Minab və Lamerdə törətdiyi cinayətləri xatırladıb və şəxsi hesabında yazıb:
“Minab məktəbi: uşaqlar qətlə yetirildi.
Lamerd idman zalı: uşaqlar vəhşicəsinə öldürüldü.
Köhestək toyu: uşaqlar ailələri ilə birlikdə öldürüldü.
Əgər bir güc şeytan kimi hərəkət edirsə, şeytan kimi hədəf seçirsə və şeytan kimi öldürürsə, həmin güc şeytandır.
Əgər həmin güc eyni əməlləri törədən daha kiçik bir şeytanı dəstəkləyir və onun qarşısında sipər rolunu oynayırsa, o zaman özü “Böyük Şeytan”dır.”