Avq 31, 2023 15:05 Asia/Baku
  • İnqilabın Ali Rəhbəri 13-cü hökumətin xarici siyasətini təqdir edib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri 30 avqust (çərşənbə günü) hökumətin bəzi sektorlarda, o cümlədən "infrastruktur işləri", "makroiqtisadi göstəricilərin artımı" və "xarici siyasət" sahəsində yaxşı və güclü fəaliyyətini yüksək qiymətləndirib.

Həzrət Ayətullah Xamenei hökumətin xarici siyasət, o cümlədən qonşularla münasibətlər siyasəti sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək dedi: Bizim heç bir qonşu ilə heç bir münaqişəmiz olmamalıdır, əgər münaqişə olarsa, onu əməkdaşlığa çevirmək lazımdır necə ki  bununla bağlı addımlar atılıb bu proses davam etməlidir.

Aran Radiosunun məlumatına görə, Bu görüş şəhidlər Rəcai və Bəhonərin şəhadətinin ildönümü və dövlət həftəsi münasibəti ilə keçirilib.

Seyid İbrahim Rəisinin başçılıq etdiyi İranın 13-cü hökuməti 2021-ci ilin avqustunda fəaliyyətə başladığı andan qonşularla qarşılıqlı əlaqələri gücləndirdi, iqtisadi diplomatiyaya önəm verdi, çoxtərəfliliyə, regional və regiondankənar sazişlərə üzv olmağa diqqət yetirdi. İnqilabın ali liderinin qeyd etdiyi kimi, son iki ildə əldə etdiyi nailiyyətlərə nəzər salsaq, xarici siyasət kimi sahələrdə uğurların şahidiyik.

Ötən 24 ayda İran İslam Respublikası prezidenti 19 xarici səfər edib və İran hökuməti tərəfindən 163 beynəlxalq əməkdaşlıq sənədi imzalanıb. İranın 13-cü hökumətinin xarici siyasətinin əsas istiqamətləri arasında qonşu ölkələrlə siyasi və iqtisadi əlaqələrin yaxşılaşdırılmasıdır və İran İslam Respublikası prezidenti həmişə bunu vurğulayır. Bu siyasətin reallaşmasının bariz nümunəsi İran və Səudiyyə Ərəbistanı arasında təxminən 7 illik diplomatik əlaqələrin kəsilməsindən sonra münasibətlərin yaxşılaşdırılmasıdır ki, bu da iqtisadi və ticari əməkdaşlığın inkişafı, eləcə də regional inteqrasiyanın möhkəmlənməsi üçün tarixi imkan yaradıb.

 İranla fikir ayrılığı olan bəzi digər ərəb ölkələri İran İslam Respublikası ilə münasibətləri gücləndirmək istədiklərini bəyan ediblər, məsələn, hazırda müxtəlif kanallar vasitəsilə Misir və Bəhreynin iranla əlaqələrini normallaşdırmaq üçün səyləri davam edir,sudanda İranla diplomatik əlaqələrin bərpasını da istəyib.

Son iki ildə qonşularla əlaqələrin inkişafı kommersiya mübadilələrinin genişlənməsində də təsirli olmuşdur ki, İranın ümumi ticarətində qonşuların payı 50%-ə çatmışdır ki, bu da İranın iqtisadi artımına mühüm təsir göstərmişdir. İran İslam Respublikasının prezidenti də qonşularla iqtisadi əlaqələrin 14% artdığını bəyan edib.

13-cü hökumətin digər məqsədi regional və beynəlxalq təşkilatlara üzv olmasıdır; regional və regiondankənar təşkilatlara  üzv olmaq, iqtisadi və siyasi maraqlardan əlavə, sanksiyaları təsirsiz hala gətirmək və eyni zamanda birtərəfliliyə qarşı çıxmaq üçün tədbir hesab edilir; Bu baxımdan, İranın 13-cü hökuməti Şanxay Əməkdaşlıq Təşkilatına rəsmi üzv olduqdan və Avrasiya İqtisadi Birliyi ilə əlaqələri genişləndirdikdən sonra bu yaxınlarda BRİKS qrupuna üzv olmağa nail oldu buda dünyanın yeni iqtisadi gücləri ilə əməkdaşlığı genişləndirəcək.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri prezident və hökumət üzvləri ilə görüşündə (bir neçə istisna olmaqla) İranla əlaqə saxlamaq istəyən bütün hökumətlərlə münasibətlərin genişləndirilməsini 13-cü hökumətin düzgün siyasətlərindən biri adlandırıblar və deyiblər: iki beynəlxalq təşkilata üzvlük çox mühüm işdir.Bu onu göstərir ki, ölkə elə bir vəziyyətdədir ki, beynəlxalq təçkilatların təsisçiləri İranla əlaqə saxlamaqda istəkli və bəzən israrlıdırlar və öz hesablamalarına əsaslanaraq və İran həqiqətlərini nəzərə alaraq , ölkəmizlə əlaqə saxlamağı zəruri hesab edirlər.