Dek 05, 2023 09:51 Asia/Baku
  • Müəzzəm Rəhbər Kuba prezidentini qəbul edib

Kuba prezidenti Migel Diaz-Kanel və onu müşayiət edən nümayəndə heyəti bu gün axşam saatlarında İslam İnqilabının Ali Məqamlı Rəhbəri Hazrət Ayətullahul Uzma Xameneinin qəbulunda olub

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün axşam Kuba prezidenti Migel Dias-Kanel və onu müşayiət edən nümayəndə heyətilə görüşdə iki ölkənin zəngin siyasi və iqtisadi imkanlarına işarə ediblər.

Bu imkanlardan Amerikanın və qərblilərin zorakılıqları qarşısında eyni mövqeyə malik olan ölkələr arasında birlik və koalisiyanın yaradılmasında istifadə olunmalıdır- deyə, İnqilab Rəhbəri vurğulayıblar.

O həzrət əlavə ediblər: Bu koalisiya iqtisadi əməkdaşlıqlar üzərində təmərküzləşməklə Fələstin məsələsi kimi mühüm beynəlxalq məsələlər barədə müştərək və təsirli mövqe tuta bilər.

İslam İnqilabının Böyük Rəhbəri Fələstin məsələsi barədə belə qeyd ediblər: Fələstin məsələsi təkcə son Qəzzə hadisələri və bombardmanlarla bağlı deyil, zira Fələstin xalqı ötən yetmiş beş il ərzində daim müxtəlif işgəncə, əzab-əziyyət və qırğınlara məruz qalıb, amma hazırda Qəzzədəki faciə o qədər böyükdür ki, gerçəklik dünyanın ümümi fikri üçün aşkar olub və onu gizlətmək imkanı yoxdur.

Həzrət Ayətullahuluzma Xamenei Kuba prezidentinin beynəlxalq məsələlər, xüsusən də Fələstin məsələsi barədəki mövqelərini İran İslam Respublikasının mövqeləri ilə eyniistiqamətli adlandırıblar.

İki ölkənin beynəlxalq təşkilatlardakı əməkdaşlıqlarına toxunan o həzrət əlavə ediblər: İki ölkə əlaqələri müxtəlif sahələrdə, o sıradan elmi əməkdaşlıq sahəsində daha da gücləndirilməlidir. Cənab Rəisi dövlətinin “əmək və fəaliyyət” dövləti olduğu üçün anlaşmalar və razılaşmaların irəliləyəcəyi, icra və əməl mərhələsinə çatacağına ümid edirik.

O həzrət həmçinin iyirmi iki il bundan öncə Kubanın mərhum rəhbəri Fidel Kastro ilə olmuş görüşünə işarə ilə, deyiblər: Kuba inqilabı və cənab Kastronun şəxsiyyəti İslam İnqilabının qələbəsindən öncə daim İran inqilabçıları üçün xas bir cazibədarlığa malik idi və onun dəlili də cənab Kastronun inqilabçı mövqelərindəki sədaqəti idi.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İnqilabi sədaqət, inqilabi müqavimət və inqilabi ciddilik Kuba inqilabı ilə İran İslam İnqilabının ortaq cəhətidir.

Kuba prezidenti Migel Dias-Kanel də İslam İnqilabının Böyük Rəhbəri ilə görüşündən məmnluq ifadə edib və o həzrətin çıxış və mövqelərini Kuba hökumətinin mövqeləri və qayğıları ilə eyniistiqamətli adlandırıb.

İran-Kuba əlaqələri İslam İnqilabının qələbəsindən sonra düzgün istiqamətdə qərar tapıb. Tehrandakı danışıqlarımda bu əlaqələrin/ xüsusən iqtisadi və ticari sahələrdə dərinləşdirilməsi üçün bütün səyləri təmərküzləşdirdik- deyə, Kuba prezidenti bildirib.

İki ölkənin müxtəlif sahələrdə, xüsusilə də Amerikanın və onun müttəfiqlərinin sanksiyaları və müdaxilə mahiyyətli hərəkətlərilə mübarizədə bir-birinin tamamlayıcısı ola biləcəyini vurğulayan Kuba prezidenti əlavə edib: İran və Kuba həmçinin beynəlxalq əməkdaşlıqlarda öz əlaqələrini daha da artıra və Fələstin kimi mühüm beynəlxalq məsələlərdə daha da təsirli ola bilərlər.

Migel Dias-Kanel Fələstin və Qəzzə hadisələri barədə belə söyləyib: Bu gün Qəzzədə baş verənlər qəbuledilməz bir soyqırımıdır. Beynəlxalq təşkilatlar/ üçdə iki hissəsini uşaqlar və qadınların təşkil etdikləri Qəzzə əhalisindən on minlərlə nəfərin qırğın edilməsi qarşısında gözlərini yumublar. Təəccüblü hal budur ki, Ukrayna-Rusiya müharibəsi və mülkilərin qırğın edilmələrindən daim şikayətlənən kəslər hazırda Qəzzədə on minlərlə nəfərin qırğın olunması qarşısında susublar və bu, dünyanın olduqca pis vəziyyətindən xəbər verir.