Dek 05, 2023 16:28 Asia/Baku
  • Əmir Abdullahian Xəzəryanı ölkələrə önəmli tövsiyələr verdi

İran İslam Respublikası Xarici İşlər Nazirinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 12-ci iclasında etdiyi çıxışına sionist rejimin Fələstində törətdiyi cinayətləri pisləməklə başlamış, habelə Xəzəryanı qonşular arasında əməkdaşlığın inkişafı üçün həll yolları tövsiyəsini vermişdir.

Verilmiş məlumata görə, Əmir Abdullahian Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Moskvanın ev sahibliyi etdiyi iclasda təhlükəsizliyin vacib amil olduğu vurğulamaqla yanaşı, Xəzər dənizi ilə həmsərhəd ölkələrin təşəbbüskarlığı və birgə səyini diqqətə çatdırıb.İranın xarici işlər naziri sionist rejimin cinayətlərinə qarşı beynəlxalq təşkilatların öz öhdəliyini yerinə yetirməsinə toxunaraq deyib:“Sionist rejimin hərbi cinayətkarları beynəlxalq məhkəmədə cəzalandırılmalıdır”Qəzzəyə edilən qanlı hücumları dayandırmaq üçün görüləcək tədbirlərə toxunan Əmir Abdullahian bildirib ki, sionst rejiminin işğal etdiyi ərazilərə malların ixracı dayandırılmalı və İsraildə istehsal olunan mallar boykot edilməlidir.Əmir Abdullahiyan çıxışında Xəzərsahili beş ölkənin əməkdaşlığının daha da inkişaf etdirilməsinə toxunaraq deyib: “Bu sahədə əməkdaşlığın bütün sahələrini idarə və nəzarət edə biləcək Xəzər dənizi hövzəsinə aid katiblik və ya təşkilat yaratmaq lazımdır” O, həmçinin deyib ki, Xəzər dənizi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini birləşdirən mərkəzi region olduğuna görə strateji əhəmiyyətli regiondur”Xarici işlər naziri Aşqabadda keçirilmiş 6-cı Xəzəryanı Dövlətlər Zirvə Toplantısını xatırladaraq bildirib ki, Xəzərdə beştərəfli əməkdaşlıq prosesini sürətləndirmək lazımdır.Hər hansı sahilyanı ölkələrin maraqları nəzərə alınmadan Xəzər dənizinin imkanlarından istifadə başqalarının hüquqlarının tapdanmasına səbəb olacağını bildirən Əmir Abdullahian deyib:“ Bu dənizlə bağlı bütün qərarlar beş sahilyanı ölkənin konsensus və razılığı ilə qəbul edilməlidir”O daha sonra qeyd edib ki, İran İslam Respublikası Xəzədə, dəniz əsaslı iqtisadiyyatın inkişafını və dəniz nəqliyyatı, limanlar, balıqçılıq, dəniz turizmi, azad ticarət zonalarının yaradılması və resursların düzgün və davamlı şəkildə istismarı sahələrində müştərək investisiyaların qoyulmasını alqışlayır.