Dek 07, 2023 12:55 Asia/Baku
  • Azərbaycan İsrailin müharibə səylərinə necə kömək edir? - AKTUAL

Sionist xəbər portalı neft amilinin işğalçı rejim üçün həyati əhəmiyyət daşıdığını faş edərək Azərbaycana minnətdarlıq ifadə edib.

Jurnalist Raşel Avraham-ın “İsrael National News” portalında qələmə aldığı məqalədə deyilir: “Qafqaz ölkəsi İsrailə çətin anında sabit neft təchizatı ilə kömək edir. İsrailin Aşkelondakı əsas limanı HƏMAS-ın şiddətli raket atəşinə məruz qaldıqdan sonra, İsrailin Qırmızı dəniz sahilindəki Eylat şəhərindəki limanı hazırda dünyanın hər yerindən neft daşınması üçün istifadə olunur. Və Bakı bu marşrutla İsrailin enerji ehtiyacının 40 faizini təmin edir və bu faizin daha da arta biləcəyi güman edilir”.

Müəllif həmçinin bildirir: “Müharibə və Sülh Reportajları İnstitutunun məlumatına görə, 2015-2019-cu illər arasında Azərbaycanın illik silah alışının 60%-nin mənbəyi İsrail olub. Ona görə də İsrail ehtiyac anında Azərbaycanın yanında olduğu üçün indi Azərbaycanın da İsrailin yanında olması təbiidir. Məhz bu istiqamətdə Azərbaycan-İsrail Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrup bəyan etdi ki, Qəzzə zolağından İsrailə qarşı genişmiqyaslı raket zərbələri ilə müşayiət olunan genişmiqyaslı hücumları birmənalı və qəti şəkildə pisləyir və bu çətin günlərdə Azərbaycan İsrailin yanındadır”.

Yəhudi ravvin Zamir İsayev isə bunları qeyd edib: “Biz əmin idik ki, Azərbaycan bu çətin günlərdə İsrailin yanında olacaq”.

Məqalədə sionistlərə məxsus fəndlərdən istifadə olunaraq Azərbaycan hakimiyyəti və xalqı təriflənir və Xocalı faciəsini yaşayan xalqın guya sionistlərin bugünkü iztirablarını bölüşdüyü iddia olunur, halbuki, Azərbaycanın müsəlman xalqının ürəyi məzlum Fələstin xalqı üçün çırpınır, lakin anti-İsrail və işğalçılıq əleyhinə aksiyaların keçirilməsinə qadağa qoyulduğuna görə öz hissiyatını nümayiş etdirməyə imkan tapmır.

Teqlər