Dek 08, 2023 12:40 Asia/Baku
  • İran sionist rejimin cəzalandırılmasının zəruriliyini vurğulayıb

İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini deyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Qəzzada dəhşətli cinayətlər törədənləri cəzasız qoymayacağı gözlənilir.

Son məlumatlara görə, sionist rejimin cinayətləri nəticəsində 17 mindən çox fələstinli şəhid olub, 46 mindən çox insan isə yaralanıb.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini “Zəhra Erşadi” cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinə üzv dövlətlərin Assambleyasının 22-ci iclasında sionist rejimin Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi vəhşi cinayətlərə toxunaraq deyib: Ötən həftələrdə törədilən cinayətlər açıq şəkildə ən ağır cinayətlərin bütün elementlərini, yəni müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətləri ehtiva edir.

Beynəlxalq Cinayət Məhkəməsinin bu ağır cinayətləri törədənləri cəzasız qoymayacağı gözlənilir. 75 ildən artıqdır ki, zalım işğala məruz qalan Fələstin xalqı soyqırım və məhv olmaq ərəfəsindədir.-İranın BMT-dəki nümayəndəsinin müavini deyib.

Erşadi əlavə edib ki, Beynəlxalq ictimaiyyət ədaləti qorumaq və cəzasızlığın qarşısını almaq üçün ortaq məsuliyyət daşıyır; İran İslam Respublikası buna əsaslanaraq, beynəlxalq ictimaiyyətin, vəhşicəsinə cinayətlərin cəzalandırılması, məhkəmə ədalətinin təşviqi və həyata keçirilməsi, Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini, xüsusilə Fələstindəki vəziyyəti yaxından izləmək səylərini dəstəkləyir.

Teqlər