Fev 26, 2024 20:36 Asia/Baku

Dünya ən xəcalət verici mənəvi və humanitar böhranla üz-üzə qaldığını deyən İranın xarici işlər naziri İsrail rejiminin Qəzzədə törətdiyi soyqırımını Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun tapdalanması və buna qarşı 80 illik utancverici sükutun nəticəsi olduğunu bildirib.

 

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Cenevrədə keçirilən BMT İnsan Haqları Şurasının 55-ci iclasında deyib: "İran milli və İslam dəyərlərinə əsaslanan insan haqları və ləyaqətinə sadiq qalmış və bu dəyərlərə hörmət etməkdə daim sabit mövqe tutmuşdur. Təəssüflər olsun ki, beynəlxalq arenada insan hüquqlarının ali məqsədlərinin həyata keçirilməsi bir çox mühüm problemlərlə üzləşir. Bunlar arasında ən aktual olanı isə, dünyanın yeganə aparteid rejimi olan işğalçı və separatçı İsrail rejimi tərəfindən sistematik və genişmiqyaslı insan qətliamıdır.

Son 140 gündə Qəzzə və İordan vadisində 100 mindən çox günahsız insanın şəhid olduğunu, yaralandığını və ya dağıntılar altında qaldığını, həyatda olanlarının isə, aclıq və yoluxucu xəstəliklər səbəbiylə ölümlə ələbəyaxa qaldığını dinləyicilərin diqqətinə çatdıran Əmir Abdullahian əlavə edib ki, soyqırım və iyrənc cinayətlərin adi rutin xarakter almasına heç bir şəkildə yol verilməməlidir.

İranın XİN başçısı daha sonra qeyd edib ki, bu gün dünya ABŞ və onun bəzi müttəfiqlərinin sionist rejimə hərtərəfli dəstəyinə şahiddir. Bu dəstək soyqırımın törədilməsində göstərilmiş bir dəstəkdir. Belə olduqda isə, BMT-nin İnsan Haqları Şurası sionist rejim və ona ortaq duranları insanlığa qarşı əl atdığı cinayətlərə görə məsuliyyətə cəlb etməlidir.

Teqlər