Fev 27, 2024 11:43 Asia/Baku
  • 200 seçki televiziya kanalının təşkili görünməmiş bir addımdır

İran Televiziya və Yayım Təşkilatının rəhbəri deyib: "Seçki illərində görünməmiş böyük dəyişikliklə seçki dairələri üzrə 200 televiziya kanalı fəaliyyətə başlayıb"

 

İran Televiziya və Yayım Təşkilatının rəhbəri Peyman Cebelli Televiziya və Yayım Korporasiyasının parlament seçkilərinə namizədlərin təbliğat kompaniyaları ilə bağlı gördüyü işlər haqda deyib:

"Namizədlərin təşviqat kampaniyası üçün ictimai proqramlar öncəki seçkilərlə müqayisədə daha geniş şəkildə həcmdə hazırlanmışdır. Bununla bərabər ölkə üzrə radio, televiziya və eləcə də vilayətlərdəki əsas yayım şəbəkələrində proqrmalar eksklüziv şəkildə təşkil edilir.

O, daha sonra əlavə edib: "Eyni zamanda, Xəbər telekanalında ictimaiyyətdə daha çox danışılan məsələlər haqda geniş həcmdə qısa və uzun metrajlı sənədli verilişlər hazırlanır.

Seçki illərində görünməmiş böyük nailiyyət kimi seçki dairələri üzrə 200 televiziya kanalının təşkili bu və bundan öncəki seçki dövründə analoqu olmamış unikal bir addım olduğunu deyən İran Televiziya və Yayım Təşkilatının rəhbəri İslam şurasının qanununa əsasən, Təşkilatın öz imkanlarından reklam üçün istifadə etməyə itam ixtiyar sahibi olduğunu bildirib.

Cənab Cebelli həmçinin fars dilində fəaliyyət göstərən ən böyük peşəkar video platforması Telebion veb-saytı və proqramında hər bir seçki namizədi üçün 10 saatlıq təşviqat üçün video proqramları yükləmək qabiliyyətinə malik səhifənin təşkil edildiyini açılayıb.

Qeyd edək ki, İran Seda informasiya platforması da bu funksyanı daşıyaraq audio formatda seçki kompaniyalaırnın təbliğatına start verib.

 

Teqlər