Apr 20, 2024 13:29 Asia/Baku
  • Əmir Abdullahian: Kvadrokopterlərin uçuşu oyuncaq kimi idi

 İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-da qarşıdan gələn prezident seçkiləri ilə bağlı deyib: Uçuş iki və ya üç kvadrokopterdən ibarət idi ki, bunlar bizim uşaqlarımızın İranda istifadə etdikləri oyuncaqlar kimidir və heç kimin bizə məlumat vermək istəməsinə dəyməz.

 

İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Nyu-Yorku tərk etməzdən əvvəl Amerikanın NBC telekanalına verdiyi müsahibədə “ABŞ seçkilərin qarşıda olduğunu nəzərə alsaq, İran kiminlə danışıqlara üstünlük verir? Bayden yoxsa Tramp?” sualına belə cavab verdi: Amerika xalqının seçdiyi hər hansı seçim Amerika cəmiyyətinin özü ilə bağlıdır. Bizim xarici siyasətimizdə məlum prinsiplər var. Bizim üçün demokratlarla respublikaçılar arasında heç bir fərq yoxdur. Əsl fərqi Amerikanın davranışında tapmaq lazımdır. Biz Amerikanın davranışı əsasında mühakimə edəcəyik. 

Xarici işlər naziri İranın İsfahan şəhərində kvadrokopterlərin vurulması və İsrailin hücumu ilə bağlı iddialarla bağlı başqa bir suala cavab olaraq deyib: Mediada yayılan iddia bizdə olan məlumatlara əsasən doğru deyil. Daha doğrusu, İsrail rejimi belə bir abhava yartmaq ardıncadır. 

Əmir Abdullahian aydınlaşdırdı: Bizim müdafiə sistemimiz ağıllı sistemdir. İsfahan səmasında 2-3 kvadrokopterin hamısı peyda olan kimi hədəfə alınaraq vurulub düşürüldü. Silahlı qüvvələrimizin hazırlığı 100 faizdir. Baş verənlər heç hücum da deyildi. Uçuş iki və ya üç kvadrokopterdən ibarət idi ki, bunlar bizim uşaqlarımızın İranda istifadə etdikləri oyuncaqlar kimidir və heç kimin bizə məlumat vermək istəməsinə dəyməz.

Teqlər