May 28, 2024 12:37 Asia/Baku
  • “İran xalqının kədərinə şərik olduğunu bildirən hər kəsə minnətdarıq”

İran İslam Respublikasının Bakıdakı səfirliyi öz mesajında prezident Ayətullah Rəisinin və İran xarici işlər nazirinin və digər şəxslərin şəhadətinə görə həmdərdliyini ifadə edən hökumət rəsmilərinə və Azərbaycan xalqına təşəkkür və minnətdarlığını bildirib.

 

İranın Bakıdakı səfirliyinin təşəkkür məktubunuda deyilir: “İran İslam Respublikasının prezidenti cənab Seyid İbrahim Rəisinin, xarici işlər naziri cənab Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzası nəticəsində şəhidlik zirvəsinə ucalması ilə əlaqədar, İran İslam Respublikasının Bakıdakı Səfirliyi başsağlığı vermək məqsədilə İran Səfirliyinə gələn və İran xalqının kədərinə şərik olduğunu bildirən, başda Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan Respublikasının dövlət rəsmilərinə və Azərbaycan vətəndaşlarına, eləcə də Bakıda fəaliyyət göstərən və yaşayan xarici səfirlərə, diplomatlara və o cümlədən İran vətəndaşlarına dərin təşəkkür və minnətdarlığını bildirir”.

Teqlər