Sen 07, 2024 23:24 Asia/Baku
  • Şəhid Süleymaninin terror edilməsinə aid iş üzrə məhkəmə keçirilib

Şəhid general Hacı Qasim Süleymaninin terror edilməsini sifariş verənlər və icra edənlərin məhkəməsi bu gün şənbə, sentyabrın 7-si səhər saatlarında İmam Xomeyni Məhkəmə Kompleksində keçirilib.

 

Şəhid general-leytenant Hacı Qasim Süleymaninin terror edilməsini sifariş verənlər və icra edənlərin işi üzrə məhkəmə bu gün 7 sentyabr səhər saatlarında 1 nömrəli məhkəmə şöbəsində İmam Xomeyni Məhkəmə Kompleksində hakim Cəvahiri, müşavirlər Mürteza Türk və İbrahim Türabigülsefid, prokuror təmsilçisi İsmayıl Xəlifə, təqsirləndirilən şəxsləri təmsil edən vəkillər və şəhidlərin hüquqi varislərinin iştirakı ilə keçirilib.

General Qasim Süleymani və onu müşayiət edənlərin terror edilməsində toxunulmazlığın və beynəlxalq hüququn əsaslarının pozulması, general Süleymaniyə sui-qəsddə Amerikanın hərəkətinin beynəlxalq prinsiplərlə ziddiyyəti, İranın məhkəmə mühakimələrinin yurisdiksiyasının əsasları və İslami Şura Məclisi tərəfindən təsdiq edilmiş qüvvədə olan qanunlar, bu iş üzrə görülmüş məhkəmə tədbirləri ittiham aktında izah edilən məsələlər arasında olub.

 

Hakim prokurorun nümayəndəsinin ittiham aktını oxuduqdan sonra növbəti iclasın 6 oktyabrda keçiriləcəyini elan edib.

Teqlər