Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi: Ermənistanla İran arasındakı sərhəd sülh və dostluq sərhədidir və heç bir qüvvə onu aradan qaldıra bilməz
İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb və müzakirələr aparıb. İran İslam Respublikasının səfiri bu görüşdə İran İslam Respublikasının mövqeyinin beynəlxalq sərhədlərin dəyişməzliyi və istənilən geosiyasi dəyişikliyə qarşı çıxmaq, eləcə də qonşularının ərazi bütövlüyünü dəstəkləmək olduğunu vurğulayıb.
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi İran İslam Respublikasının Ermənistanın ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin dəyişməzliyini dəstəkləməkdə tutduğu mövqeləri yüksək qiymətləndirib. O vurğulayıb ki, Ermənistan və İran sərhəddi sülh, dostluq və dinc həyatın sərhədidir və Ermənistan İran İslam Respublikası ilə əlaqələrə xüsusi önəm verir və heç bir qüvvə İran və Ermənistan arasında ərazi əlaqəsini kəsə bilməz. O, Ermənistan ərazisi daxilində istənilən blokadanın aradan qaldırılmasının Ermənistanın daxili qurumlarının və onun milli-ərazi suverenliyinin nəzarəti altında olacağını vurğulayaraq, Ermənistanın dəhliz məntiqi ilə istənilən blokadanın aradan qaldırılmasının əleyhinə olduğunu bildirib.
Bu görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb