Sen 10, 2024 14:06 Asia/Baku
  • Hizbullah: İsrail bilir ki, biz döyüş meydanı əhliyik - Sionistləri daha çox qaçqınlıq gözləyir

Livan Hizbullahının baş katibinin müavini sionist rejimin Livanı genişmiqyaslı müharibə ilə hədələməklə, işğal olunmuş Fələstinin şimalında didərgin düşmüş sionistləri öz evlərinə qaytara bilməyəcəyini vurğuladı və dedi: İsraillilər bilirlər ki, biz döyüş meydanı əhliyik və genişmiqyaslı müharibə ilə üzləşsək, daha sərt cavab verəcəyik.

 

Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim deyib: Sionist düşmənin iki yolu var: Ya indi müharibəni dayandırmalıdır ki, bu onun itkilərini azaldacaq. Yaxud bu rejim üçün problemlər və zərərləri və daxili fəsadları artıracaq eroziya vəziyyətini davam etdirmək. Çünki bu müharibə nə qədər davam etsə də, İsrail rejimi burdan qalib çıxa bilməyəcək və bütün göstəricilər bu məsələni vurğulayır. 

 

 O əlavə etdi: Fələstinlilərin də qarşısında iki yanaşma var; Müharibənin dayandırılması, onlar bunu istəyirlər, amma qarşı tərəf qəbul etmir. Ya da ki, müharibə davam etməli və müqavimət göstərməyə davam etməlidirlər. Fələstinlilərin yorulacağını və ya təslim olacağını düşünən hər kəs xəyaldadır. Zamanın fələstinlilərin məğlubiyyətinə və İsrail rejiminin məqsədlərinin reallaşmasına gətirib çıxaracağını düşünən hər kəs də xəyalpərəstdir. 

Teqlər