İran ölkələrin ərazi bütövlüyü prinsipinə hörmət edilməsini vacib sayır
Qəşqayi: "Sərhədlərin dəyişdirilməsi yolverilməzdir"
İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Ermənistanın Sünik bölgəsində istənilən dəhlizin yaradılmasını regionun sabitliyinə və sərhədlərin dəyişməzliyi prinsipinə zərər vura biləcəyini vurğulayıb.
Həsən Qəşqayi Mehr Xəbər Agentliyi ilə söhbətində deyib: “İranın Ermənistanla birbaşa sərhəd əlaqəsi bir neçə min illik tarixə malikdir və bütün ölkələr, o cümlədən Rusiya hökuməti tərəfindən buna hörmət edilməlidir”.
Millət vəkili əlavə edib: “Biz hamımız ölkələrin ərazi bütövlüyünün qorunmasına, beynəlxalq sərhədlərin tanınmasına diqqət yetirməliyik. Ona görə də Rusiya kimi bir ölkənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bizim üçün çox təəccüblüdür. Ümid edirik ki, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və bütün digər ölkələr ərazi bütövlüyü və beynəlxalq sərhədlərin tanınması çərçivəsində təsirli addımlar atmağa çalışacaqlar