Qrenadada Sülh sazişi imzalanmayacaq-Nikol Paşinyandan
Nikol Paşinyan oktyabrın 5-də Qrenadada Azərbaycan lideri ilə gözlənilən görüşdə hər hansı sənədin imzalanacağını gözləmir.
Ermənistanla Azərbaycan arasında Qrenadada keçirilən görüşdə saziş bağlamaq planı yoxdur.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:
“Mən həmişə Ermənistanla Azərbaycan arasında sülh sazişinin ilin sonuna qədər imzalanmasını mümkün hesab edirəm, çünki belə bir sazişi imzalamaq üçün öz üzərimə siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonuna kimi imza atmağı mümkün hesab edirik”, - Paşinyan deyib.
Ermənistan baş nazirinin sözlərinə görə, Dağlıq Qarabağda dərinləşən ekstremal humanitar böhranın və Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanmasının sülh prosesinə mənfi təsir göstərdiyi göz qabağındadır.
Qeyd edək ki, payız aylarında İspaniyanın Qrenada şəhərində Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Sammit çərçivəsində Ermənistan və Azərbaycan arasında görüş keçirilə bilər.