Dek 04, 2023 14:38 Asia/Baku
  • Yəmənlilərin zərbəsi nəticə verməyə başlayıb

İsrail rejimi Eylat limanının fəaliyyətini məhdudlaşdırır

 

Sionist rejimin mediası Yəməndən gələn təhdidlərin ardınca İsrailin bir müddət Eylat limanını bağlaya biləcəyini açıqlayıb.

Globes qəzeti bu barədə Yəmən silahlı qüvvələrinin İsrailə qarşı apardığı dəniz müharibəsinin Eylat limanına ağır ziyan vurduğunu qeyd edərək yazır ki, Sənaye Nazirliyi limanın bağlanmasını nəzərdən keçirir.

Limanın direktoru Gideon Qalbar mediaya deyib: “Husilərin təhdidi Aralıq dənizindən keçən və ya digər bölgələrdən, hətta Uzaq Şərqdən gəlmək niyyətində olan bütün gəmilərə təsir edib”.

Globes qəzeti yazır ki, Eylat limanı vasitəsilə idxal görünməmiş şəkildə azalıb və gəmiçilik şirkətləri Hayfa limanını Eylat limanına tərcih edirlər.  

Teqlər