Fev 27, 2024 11:51 Asia/Baku
  • Beynəlxalq Əfv: İsrail soyqırıma davam edir və yardımın Qəzzaya çatmasına mane olur

Beynəlxalq Əfv Təşkilatı bazar ertəsi axşam saatlarında bildirib ki, sionist rejim humanitar yardımların Qəzzaya çatmasının qarşısını alır, bununla da Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımın qarşısının alınması ilə bağlı qərarlarına bu zolağda etinasızlıq edir.

 

Təşkilat qeyd edib ki, sionist rejim fələstinli mülki əhalinin müdafiəsi üçün hətta müvəqqəti və elementar tədbirlər görə bilməyib.

Beynəlxalq Əfv Təşkilatı sionist rejimin soyqırım və aclıqla üzləşən fələstinlilərə kifayət qədər yardımın çatmasını təmin edə bilmədiyini vurğulayıb.

Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında sionist rejimin bölgəyə amansız hücumları nəticəsində fələstinli şəhidlərin sayının 29 min 782 nəfərə çatdığını elan edib.

Sionist rejimin Qəzza zolağına hücumlarının başlamasından 4 aydan çox vaxt keçib, vasitəçilərin bu böhranı həll etmək səyləri davam etdiyi bir halda, işğalçı qüvvələr cinayətlərini davam etdirirlər və Qəzza zolağının cənubundakı “Rəfəh” şəhərində növbəti faciə yaratmağa səy edirlər.

Teqlər