Fev 29, 2024 13:30 Asia/Baku
  • Bir sıra

Sionist rejimin xəbər mənbələri bu rejim ordusunun "Givati" briqadasının bir sıra hərbçilərinin Qəzza zolağında xidmət etməkdən imtina etdiklərini bildiriblər.

 

Sionist “Kan” telekanalı bu gün cümə axşamı elan edib: Givati briqadasının kollektiv “Tesbar” batalyonunun 9 hərbçisi əmrə tabe olmadıqları üçün ordu sıralarından xaric edilib və Qəzza zolağından çıxarılıb.

Kanalın məlumatına görə, bu 9 hərbçinin ailələri xəbərin yayımlanmasından sonra Qəzzadakı müharibədən bezdiklərini bildiriblər və psixi sağlamlıq məsələsini müzakirə etmək üçün rəsmilərlə görüşməyi xahiş ediblər.

Teqlər