Ölkənin cənub-şərqində terrorçu-təkfirçi qruplaşmanın 2 əməliyyat qrupu məhv edilib
https://parstoday.ir/azeri/news/west_asia-i13978-Ölkənin_cənub_şərqində_terrorçu_təkfirçi_qruplaşmanın_2_əməliyyat_qrupu_məhv_edilib
İran Kəşfiyyat Nazirliyi: Terrorçu-təkfirçi qruplaşmalara bağlı 2 təşkilatlanmış və ölkəyə daxil olan əməliyyat qrupu ölkəyə giriş zamanı müəyyən edilərək zərərsizləşdirilib. Sistan və Bəlucistan vilayətinin Xaş rayonunda Kəşfiyyat qüvvələrinin keçirdiyi silsilə əməliyyatlar nəticəsində 4 terrorçu saxlanılıb, daha 2 terrorçu isə təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülüb.
(last modified 2026-08-15T07:15:10+00:00 )
Avq 15, 2026 11:07 Asia/Baku
  • Ölkənin cənub-şərqində terrorçu-təkfirçi qruplaşmanın 2 əməliyyat qrupu məhv edilib

İran Kəşfiyyat Nazirliyi: Terrorçu-təkfirçi qruplaşmalara bağlı 2 təşkilatlanmış və ölkəyə daxil olan əməliyyat qrupu ölkəyə giriş zamanı müəyyən edilərək zərərsizləşdirilib. Sistan və Bəlucistan vilayətinin Xaş rayonunda Kəşfiyyat qüvvələrinin keçirdiyi silsilə əməliyyatlar nəticəsində 4 terrorçu saxlanılıb, daha 2 terrorçu isə təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülüb.

 

İran Kəşfiyyat Nazirliyi yaydığı bəyanatda ölkənin cənub-şərqində terrorçu-təkfirçi qruplaşmanın 2 əməliyyat qrupunun məhv edildiyini, 4 terrorçunun saxlanıldığını və daha 2 terrorçunun öldürüldüyünü açıqlayıb.Bəyanatın davamında bildirilir: Düşmən ABŞ–sionist casusluq xidmətlərinə bağlı, təlim keçmiş və ölkəyə gətirilmiş bu iki əməliyyat qrupu düşmənin əyalətdə təhlükəsizliyi pozmaq və əyalətin cənubundakı iqtisadi infrastruktura zərbə vurmaq planını həyata keçirmək niyyətində olub. Lakin onlar hər hansı fəaliyyətə başlamazdan əvvəl müəyyən edilərək məhv edilib.Bundan əlavə, əyalət sakinlərinin ictimai təhlükəsizliyinin təmin edilməsi məqsədilə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində Zahidan rayonunda şəhər sakinlərini qaçıraraq ailələrindən pul tələb etməyə hazırlaşan, 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə də İmam Zamanın (ə.c.) naməlum əsgərlərinin keçirdiyi əməliyyat nəticəsində müəyyən edilərək, müəyyən miqdarda silah və avadanlıqla birlikdə saxlanılıb.