Dünya KİV-lərinin, İranın ABŞ-nin radardan yayınan F-35 qırıcısını vurmasına reaksiyası
Bir çox dünya KİV-i, İran İslam Respublikasının ABŞ-nin radardan yayınan F-35 qırıcısını vurması xəbərini yenidən paylaşaraq bu hadisəyə reaksiya verib.
“CNN” telekanalı, ABŞ-nin radardan yayınan F-35 qırıcısının vurulması xəbərini sosial media hesabında dərc edən ilk dünya KİV-lərdən biri olub və belə elan edib: Bir ABŞ F-35 qırıcısı İran səmasını keçdikdən sonra Yaxın Şərqdə təcili eniş etməli olub.
“Əl-Cəzirə” telekanalı isə sosial media platforması “X” hesabında etdiyi paylaşımda qeyd edib: İran İslam İnqilabı Keşikçiləri Korpusu bir F-35 qırıcısını hədəfə aldığını elan edib.
Sionist qəzet “Jerusalem Post” da bu qırıcının təcili eniş etməsi xəbərini dərc edərək yazıb: Bir ABŞ F-35 qırıcısı, İran səması üzərində apardığı əməliyyat zamanı İran atəşi ilə hədəfə alındığı iddia edildikdən sonra təcili eniş etməli olub.