Sen 19, 2023 11:25 Asia/Baku
  • Sionist rejimin təhlükəsizlik qurumları müqavimət qüvvələrinin raket hücumlarından qorxaraq hazır vəziyyətə gətirilib

Sionist rejimin 14-cü kanalı bazar ertəsi gecəsi elan edib ki, müqavimət qüvvələrinin raket hücumlarından qorxaraq bu rejimin təhlükəsizlik qurumları hazır vəziyyətə gətirilib.

İranpress xəbər agentliyinin məlumatına görə, sionist rejimin 14-cü kanalı bu rejimin təhlükəsizlik qurumlarının xüsusilə Beyt Hanun sərhəd-keçid məntəqəsinin bağlanmasından sonra Qəzza zolağından mümkün raket atəşinə qarşı təhlükəsizlik sistemləri hazırladığını bildirib.

Sionist rejimin rəsmiləri Qəzza sərhədində yerləşən Beyt Hanun keçidini dörd gündür bağlayıb, Fələstin vətəndaşları və xəstələrin keçidinə icazə vermirlər.

İşğalçı sionist qüvvələr bazar ertəsi Qəzzanın şərqində sərhəd zolağında fələstinli etirazçılara atəş açıb və bu toqquşmalarda 6 nəfər yaralanıb.