Dek 05, 2023 16:32 Asia/Baku
  • Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıqlar dərinləşir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a səfərində Birləşmiş Ştatların müdafiə nazirinin köməkçisi ilə iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

“Tərəflər regional sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar və birgə proqramların, sülhməramlılıq fəaliyyətinə dair fikir mübadiləsi apardılar.”- Məlumatda deyilir.

Görüşdə Ermənistan ordusuna demokratik nəzarətin və hesabatlılığın artırılmasının vacibliyi vurğulanıb.