Fev 27, 2024 11:58 Asia/Baku
  • HƏMAS amerikalı pilotun öldürülməsində Bayden administrasiyasını günahlandırıb

 HƏMAS çərşənbə axşamı səhər saatlarında sionist rejimin Qəzzaya hücumlarına Vaşinqtonun dəstək verməsinə etiraz olaraq özünü yandıran ABŞ ordusunun pilotu Aaron Buşnellin ölümünə münasibət bildirərək, Bayden hökumətinin onun ölümünə görə məsuliyyət daşıdığını bildirib.

 

HƏMAS yaydığı bəyanatda bildirib: “Buşnellin həyatı bahasına başa gələn hadisə Amerika xalqının müdafiəsiz Fələstin xalqının məhv edilməsində iştirak etməkdə öz ölkələrinin siyasətinə və mövqelərinə qarşı artan qəzəbini göstərir.”

Bəyanatda HƏMAS Buşnellin ailəsinə və dostlarına başsağlığı verib və onun hərəkətini bəşəri dəyərlərin müdafiəsi və Fələstin xalqının məzlumluğuna dəstək kimi qiymətləndirib.

ABŞ Hərbi Hava Qüvvələrinin 25 yaşlı əsgəri Buşnell Qəzzada törədilən soyqırıma və Amerikanın bu qətliamı dəstəkləməsinə etiraz olaraq sionistlərin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandırdı.

Teqlər