-
Əraqçi: İran Amerikanın vədini pozmasına bir daha icazə verməyəcək
Fev 08, 2025 20:44İranın Xarici İşlər naziri sanksiyaların ləğvinin danışıqlar tələb etdiyini, lakin maksimum təzyiq siyasəti altında mümkün olmayacağını bəyan edərək deyib: “Danışıqlar zəif mövqedən aparıla bilməz, çünki bunun adı artıq danışıqlar deyil, bir növ təslim olmaqdır. Biz heç vaxt belə danışıqlar masasına oturmayacağıq.”
-
Əraqçi İƏT nazirlərinin Qəzzə ilə bağlı təcili toplantısını keçirməyə çağırıb
Fev 08, 2025 19:31İran İslam Respublikasının Xarici İşlər naziri ABŞ prezidentinin Qəzzə ilə bağlı qeyri-qanuni planının müxtəlif ölkələrin qəti etirazı ilə qarşılaşdığını bildirərək, bu məsələni müzakirə etmək və qərar qəbul etmək üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin təcili iclasının keçirilməsini istəyib.
-
Bəqayi: Amerika beynəlxalq qurumları hədəfə alıb
Fev 08, 2025 09:42Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerikanın daxili qanunların ekstraterritorial tətbiqinə aludəçiliyi hazırda beynəlxalq qurumları hədəf alıb.
-
İran İslam Respublikasının doktrinasında nüvə silahına yer yoxdur
Fev 07, 2025 11:28İran İslam Respublikası Prezidenti deyib: “Biz nüvə silahı ardınca deyilik. Bu, İslam İnqilabının Ali Rəhbərinin fitvasıdır. Hətta bu ölkədə iddiaçılar da bizi nüvə silahına tərəf apara bilməzlər, çünki İran İslam Respublikasının doktrinasında günahsız insanların qətliamı qəti şəkildə qəbuledilməzdir.”
-
Amerika ilə müzakirə sayıqcasına, aqilanə və şərəfli deyildir
Fev 07, 2025 09:24İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası Ordusunun hava və hava hücumundan müdafiə qüvvələrinin komandirləri və işçilərindən bir qrupu ilə görüşdə deyiblər ki, Amerika ilə müzakirə sayıqcasına, aqilanə və şərəfli deyildir.
-
General Tanqsiri: "Şəhid Baqiri" gəmisi inqilabdan sonra dəniz qüvvələrinin ən böyük hərbi layihələrindən biridir
Fev 06, 2025 09:43İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı "Şəhid Bəhmən Baqiri" PUA daşıyıcısının SEPAH Hərbi Dəniz Qüvvələrinə əlavə edilməsinə toxunaraq dedi: İnqilabın qələbəsinin 47-ci ildönümü ilə eyni vaxtda SEPAH Hərbi Dəniz Qüvvələrinə çoxməqsədli bir gəminin əlavə edilməsinin şahidi oluruq. Bu gəmi İslam İnqilabından sonra 2 il yarımlıq səylərdən sonra istifadəyə verilən ən böyük dəniz hərbi layihələrindən biridir.
-
Əraqçı: Ağıllı insanlar “maksimum təzyiq” əvəzinə “maksimum rasionallığı” seçirlər
Fev 06, 2025 09:42Xarici işlər naziri ABŞ prezidenti Donald Trampın son sözlərinə cavab olaraq maksimum təzyiq siyasətini uğursuzluq kimi qiymətləndirib və ağıllı insanların uğursuz “maksimum təzyiq” siyasəti yerinə “maksimum rasionallığı” seçdiyini vurğulayıb.
-
İran Qəzzanı təmizləmək və Amerika tərəfindən ələ keçirilməsi planını qəti şəkildə rədd edib
Fev 06, 2025 09:41Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzənin təmizlənməsi və Amerika tərəfindən ələ keçirilməsi planını qətiyyətlə rədd edərək, belə bir fikrin ifadəsini təəccüblü və sionist rejimin Fələstini məhv etmək planına uyğun hesab edib.
-
Yeni nəsil Bavər 373 raket kompleksinin görüntüləri yayıldı
Fev 05, 2025 15:20İslam Respublikası Ordusunun hava hücumundan müdafiə manevrinin son mərhələsində Bavər 373 sisteminin yeni nəsli ilk dəfə olaraq nümayiş etdirilib.
-
Tramp anti-İran memorandumu imzalamaqla İran prezidenti ilə danışmağa hazır olduğunu açıqlayıb
Fev 05, 2025 10:53Yerli vaxtla çərşənbə axşamı (4 fevral 2025-ci il) Amerika Birləşmiş Ştatlarının respublikaçı prezidenti Donald Tramp maksimum təzyiq siyasətini davam etdirmək üçün memorandum imzalayıb və İran prezidenti ilə danışmağa hazır olduğunu iddia edib.