-
Azadi qülləsində xidmət şəhidlərinin video xəritəsi əks etdirilib
May 21, 2024 11:13Bazar ertəsi günü axşam (20 may 2024-cü il) Tehrandakı Azadi Qülləsi üzərində xidmət şəhidlərinin xatirəsinə həsr olunmuş video xəritə (təsvir) əks etdirilib.
-
Xübreqan Məclisinin altıncı çağırışının işə başlaması münasibətilə İnqilab Rəhbərinin müraciəti
May 21, 2024 11:00İslam İnqilabının Böyük Rəhbəri Rəhbərlik Xübreqanı Məclisini islami demokratiyanın simvolu adlandırıblar.
-
Şəhid Hüseyn Əmir Abdullahiyan
May 21, 2024 10:35Hüseyn Əmir Abdullahiyan 13-cü hökumətdə Xarici İşlər naziri idi. Hüseyn Əmir Abdullahiyan bazar günü (19 may) Prezident Seyid İbrahim Rəisi, Təbrizin imam cüməsi Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezidentin mühafizə qrupunun rəhbəri Seyid Məhdi Musəvi, pilotlar və uçuş heyəti ilə birlikdə Xudafərin bəndindən Təbriz Neft Emalı Zavoduna qayıdarkən Şərqi Azərbaycan vilayətinin Vərziqan bölgəsində helikopter qəzasında şəhid oldu.
-
İran səfiri Prezidentin və Xarici İşlər nazirinin şəhid olmasının ardınca Təhlükəsizlik Şurası və BMT Baş katibinə məktub ünvanlayıb
May 20, 2024 19:02İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Prezident Ayətullah Rəisi və Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın şəhid olmasının ardınca Təhlükəsizlik Şurasına və BMT Baş katibinə ünvanladığı məktubda bildirib: “İran xalqı bu faciəvi itki ilə bağlı matəmdə ikən İran İslam Respublikasının Konstitusiyasına əsaslanaraq, Prezidentin olmadığı vaxtlarda ölkənin işlərini düzgün idarə etmək üçün hökumət tərəfindən lazımi tədbirlər görülür.”
-
Təbrizin dini heyətləri mərhum imam cümənin evinin qarşısında toplaşıb - Video
May 20, 2024 13:28Təbrizin müxtəlif məhəllələri və məscidlərindən olan dini heyət və qruplar şəhid imam cümə Ayətullah Seyid Məhəmmədəli Ali-Haşimin mənzilinin qarşısına toplaşıblar.
-
Xidmət şəhidlərinin seyidi
May 20, 2024 13:18Ölkə prezidentinin şəhadəti münasibətilə idman əhalisi və federasiyalarI başsağlığı mesajları veriblər.
-
İran Prezidentinin qəzaya uğrayan helikopterinin bütün sərnişinlərinin cəsədlərinin şəxsiyyəti müəyyən edilib
May 20, 2024 13:02Ölkənin Böhran İdarəçiliyi Təşkilatının sədri Prezidentin helikopterinin sərnişinlərinin cəsədlərinin müəyyən edilə biləcək vəziyyətdə olduğunu açıqlayaraq deyib: “Şəhidlər üzərində DNT testi aparmağa ehtiyac yoxdur.”
-
Əli Baqiri hökumətin xarici əlaqələr komitəsinin rəhbəri oldu
May 20, 2024 11:54İran İslam Respublikasının dövlət sözçüsü Əli Bahaduri Cəhrumi birinci vitse-prezidentin göstərişi ilə Əli Baqirinin dövlətin xarici əlaqələr komitəsinin rəhbəri seçildiyini açıqlayıb.
-
İranda 5 günlük milli matəm elan olundu
May 20, 2024 11:52İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Prezident Seyid İbrahim Rəisi və onu müşayiət edən yüksək səviyyəli dövlət rəsmilərinin şəhadəti münasibəti ilə 5 günlük milli matəm elan edib.
-
İranın ictimai və inqilabçı Prezidentinin pak ruhu mələkut aləminə ucaldı
May 20, 2024 04:12Ayətullah Seyid İbrahim Rəisi və İran İslam Respublikasının 8-ci Prezidenti –bazar günü, mayın 19-u axşamüstü Qız Qalası bəndinin açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində hava qəzası keçirib– onu müşayən edən nümayəndə heyəti ilə birlikdə yüksək şəhidlik məqamına nail olmuşdur.