-
İslam İnqilabı Keşikçiləri Korpusunun yeni açıqlaması
İyun 15, 2025 05:30Sionist rejimin bugünkü şər addımları və təcavüzlərinə cavab olaraq "Doğru vəd 3" birgə hücum əməliyyatının davamında bu rejimin qırıcı təyyarə yanacağı istehsalı müəssisələri və enerji təchizatı mərkəzləri çoxlu sayda PUA və raketlərlə hədəfə alınıb.
-
Pezeşkiyan: hücumlar davam edərsə, İran ordusu daha sərt cavab verəcək
İyun 14, 2025 19:23Məsud Pezeşkiyan bu gün şənbə günü Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığında, onun zənginə və ötən gecə BMT Təhlükəsizlik Şurasındakı mövqeyinə görə təşəkkürünü bildirib. O deyib: İnsan haqlarını müdafiə etdiyini iddia edənlər təkcə sionist rejimin hücumlarını dəstəkləmir, həm də ona silah və avadanlıq verərək bu qeyri-insani hərəkətlərə cəsarət verirlər.
-
Məhəmməd bin Salman Pəzeşkiyanla danışığında: Səudiyyə Ərəbistanı İran İslam Respublikasındakı qardaşlarının yanındadır
İyun 14, 2025 17:26İran Prezidenti sionist rejimin ölkəyə qarşı hücumlarını bu rejimin təcavüzkar mahiyyətinin sübutu adlandırıb.
-
Əraqçi: İran ilə ABŞ arasında dolayı danışıqların davam etməsi mənasızdır
İyun 14, 2025 16:58İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət üzrə məsulu Kaya Kallas ilə apardığı telefon danışığında ABŞ Prezidentinin mesaj və bəyanatlarına istinad edərək, sionist rejimin düşməncəsinə addımlarını Vaşinqtonun birbaşa dəstəyinin nəticəsi adlandırıb və sionist rejimin vəhşiliklərinin davam etdiyi bir şəraitdə İran və ABŞ arasında dolayı danışıqların davam etməsini mənasız adlandırıb.
-
İsrail terrorçudur” şüarı Londonda ucaldı – etirazçılar İrana hücumu pislədilər
İyun 14, 2025 16:05Londonda, İngiltərə parlamentinin qarşısında yüzlərlə müharibə əleyhdarı və insan haqları tərəfdarı etiraz aksiyası keçirib. Onlar İran və Fələstin bayraqları qaldıraraq sionist rejimə qarşı şüarlar səsləndiriblər və Qərbin bu rejimə siyasi və hərbi dəstəyinin dayandırılmasını tələb ediblər.
-
Rusiya XİN: Bəzi Qərb ölkələrinin İsrailin İrana hücumunu dəstəkləməsi qeyri-qanunidir
İyun 14, 2025 15:10Rusiya xarici işlər naziri Sergey Lavrov İranlı həmkarı Seyyid Abbas Əraqçi ilə telefon danışığında bildirib ki, İsrailin İranın suverenliyini və ərazi bütövlüyünü pozmasını Moskva qəti şəkildə pisləyir. O deyib: Bəzi Qərb ölkələrinin bu hərbi hücumlara verdiyi dəstək heç bir hüquqi əsas daşımır.
-
Briqada generalı Seyid Məcid Musəvi İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə komandan təyin edilib
İyun 14, 2025 11:44General-mayor Əmir Əli Hacızadənin şəhadətindən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Xamenei briqada generalı Seyid Məcid Musəvinin İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə komandan təyin edilməsi haqqında fərman verib.
-
Silahlı Qüvvələrin sözçüsü: Düşmən bunun bədəlini ağır ödəyəcək
İyun 14, 2025 11:24Silahlı Qüvvələrin sözçüsü deyib: İran İslam Respublikasının cavabı qətidir və düşmən bunun bədəlini ağır ödəyəcək.
-
Ordunun “Arəş” PUA-ları işğal olunmuş ərazilərdəki hədəfləri vurub
İyun 14, 2025 11:21İran İslam Respublikası ordusu bu gün (şənbə günü) səhər bir neçə növ "Arəş" kamikadze PUA-larının işğal olunmuş ərazilərdəki hədəfləri vuraraq məhv etdiyini açıqlayıb.
-
İranın BMT-dəki səfiri: Sionist rejimin hücumuna cavabımız qanuni və qəti olacaq
İyun 14, 2025 08:55İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani jurnalistlərə İranın İsrail rejiminin hücumuna cavabı ilə bağlı deyib: “Bizim cavabımız qanuni, mütənasib və qəti olacaq və özümüz müəyyən etdiyimiz vaxtda və şəkildə həyata keçiriləcək”.