Sionist İsrailin müharibə naziri Azərbaycana səfər edib
İsraili Rejiminin müharibə naziri Yoav Qalant Azərbaycana səfərə gəlib.
“Report” xəbər verir ki, üç günlük bu səfər zamanı İsraili Rejiminin müharibə naziri, bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev və digər yüksək rütbəli ordu rəsmiləri və təhlükəsizlik qüvvələri ilə görüşlər keçirəcək .
Yerli KİV-də yer alan məlumata görə, Qalantın Azərbaycana səfərinin məqsədi ik tərəf arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.
Bundan əlavə, səfər zamanı sionist İsrailin müharibə nazirinin Azərbaycanlı həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyindən söhbət gedir.
Təxminən bir ay əvvəl sionist rejimin başçısı “İshaq Hersoq” Bakıya səfər edərək Azərbaycan Respublikasının rəsmiləri ilə görüşüb söhbət edib.
Geyd edək ki Daxili etirazlara baxmayaraq, Azərbaycan Respublikası sionist rejimlə əlaqələrini inkişaf etdirməyə davam edərək bu ilin əvvəlində Təl-Əvivdə öz səfirliyini açıb.
Son illərdə iki tərəf sıx hərbi, siyasi və iqtisadi əməkdaşlıq qurmuşdur ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2016-2020-ci illər arasında sionist rejimin Azərbaycan Respublikasına 17-dən çox hərbi ixracatı həyata keçirilib və təxminən 40% İsrail rejiminin idxal etdiyi neft də Azərbaycan Respublikasından tədarük edilir; Siyasi ekspertlər bunun regional sülh, sabitlik və təhlükəsizliyə mənfi təsirləri barədə xəbərdarlıq ediblər.