Ermənistan parlamentinin nümayəndəsi : Bakı Qarabağ torpaqlarını Sionist İsrailin cövlangahına çevirib
Ermənistan parlamentinin nümayəndələri sionist rejimin Bakı və Qafqaz bölgəsindəki təsiri ilə bağlı xəbərdarlıq edərək, Bakının Qarabağ torpaqlarını işğalçı İsrailin parad meydanına çevirdiyini bəyan ediblər.
Bakı Qarabağ torpaqlarını Sionist İsrailin cövlangahına çevirib .
Bunu “Şərq” qəzetinə müsahibəsində Ermənistan parlamentinin deputatı Geqam Manukyan deyib. “Azərbaycanın İranla gərginliyinin müxtəlif təbəqələri var ki, onların da bəziləri İrana qarşı xarici düşmənçilik siyasəti ilə bağlıdır”.
Manukyan vurğulayıb ki “Bakının Qarabağ torpaqlarını İşğalçı İsrailin parad yerinə çevirməsi qəbuledilməzdir. O ərazi üçüncü ölkənin, xüsusən də İrana qarşı çirkin məqsədlər üçün istifadə edilməməlidir”.
Bu barədə Ermənistan parlamentinin digər deputatı Anna Mkrtçyan həmin qəzetə verdiyi müsahibədə bildirib: “Mən dost İran ölkəsini Ermənistana qarşı müsbət mövqelərinə görə yüksək qiymətləndirirəm.
Qeyd edək, İran rəsmiləri hər zaman vurğulayırlar ki "İranın qonşuluq siyasətinin uğurunun açarı qarşılıqlı siyasi etimaddır. Bu strateji siyasətin məqsədi regionda sabitlik və sülhün bərqərar olması və bütün ölkələrdə inkişafın təşviqi və bütün region xalqlarının hərtərəfli rifahı üçün iqtisadi əməkdaşlığı genişləndirməkdir".