İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının iclası başlayıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i1134-İran_və_azərbaycan_respublikasının_birgə_iqtisadi_komissiyasının_iclası_başlayıb
İran və Azərbaycan Respublikasının Birgə İqtisadi Komissiyasının iclası İranın Astara limanında İranın yol və şəhərsalma naziri, Azərbaycan Respublikası baş nazirinin müavini və digər rəsmilərin iştirakı ilə başlayıb.
(last modified 2026-03-20T08:20:48+00:00 )
İyul 17, 2023 13:01 Asia/Baku
  • İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının iclası başlayıb

İran və Azərbaycan Respublikasının Birgə İqtisadi Komissiyasının iclası İranın Astara limanında İranın yol və şəhərsalma naziri, Azərbaycan Respublikası baş nazirinin müavini və digər rəsmilərin iştirakı ilə başlayıb.

İRNA-nın məlumatına görə, bu görüşdə İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyasının üzvləri iki ölkə arasında əlaqələri genişləndirmək məqsədi ilə Şimal-Cənub Dəhlizinin inkişafı istiqamətində gələcək əməkdaşlıq sahələri, sərhəd imkanları və müştərək layihələri nəzərdən keçirəcəklər.

Azərbaycan Respublikası son illərdə İranla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək istəyib.Son aylar ərzində yaranmış gərginliyə baxmayara,iki ölkə rəsmiləri gərginlikləri aradan qaldaırmaq və əlaqələri genişləndirmək üçün görüşlər keçirirlər.