Əliyev Ermənistanın sülh danışıqlarındakı fəaliyyətini tənqid edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i1398-Əliyev_ermənistanın_sülh_danışıqlarındakı_fəaliyyətini_tənqid_edib
Azərbaycan Respublikasının Prezidenti Ermənistanı sülh yoluna daş atmaqda ittiham edib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 31, 2023 12:05 Asia/Baku
  • Əliyev Ermənistanın sülh danışıqlarındakı fəaliyyətini tənqid edib

Azərbaycan Respublikasının Prezidenti Ermənistanı sülh yoluna daş atmaqda ittiham edib.

Aran Radiosunun məlumatına görə, dünən, bazar günü Azərbaycan Respublikasının Prezidenti ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Əliyev iddia edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisində olması sülhün bərqərar olmasına mane olur.

İlham Əliyev bildirib ki, Ermənistanın təxribatçı hərəkətləri sülh prosesinə mane olur və Ermənistan silahlı qüvvələrinin bu ölkənin suveren ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirməsi regionda hərbi gərginliyin səbəbidir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda bildirib ki, Azərbaycan Dağlıq Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinə təminat verərsə, Ermənistan bu bölgəni Azərbaycan Respublikasının ərazisinin bir hissəsi kimi tanımağa hazırdır.