Azərbaycan sərhədçiləri ER vətəndaşını həbs edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i1428-azərbaycan_sərhədçiləri_er_vətəndaşını_həbs_edib
Azərbaycan-Ermənistan dövlət sərhədini pozan erməni tutulub.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Avq 02, 2023 08:33 Asia/Baku
  • Azərbaycan sərhədçiləri ER vətəndaşını həbs edib

Azərbaycan-Ermənistan dövlət sərhədini pozan erməni tutulub.

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.

Bu barədə KİV-ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Trend-in məlumatına görə, Beqleryan, “Laçın” keçid məntəqəsindən yan keçərək, sərhədi adlamağa cəhd edib.

Məlumatda iddia olunur ki, Beqleryan guya “Spayka” humanitar yük daşıma şirkətinin sürücüsünün köməkçisidir. Lakin onun təxribatlar törətmək və ya belə əməllərə zəmin hazırlamaq məqsədilə Azərbaycan ərazisinə göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməyə əsas var.