Paşinyan: Bakı sülh fürsətini pozmamalıdır
Ermənistanın baş naziri hazırda Azərbaycan Respublikası ilə sabit və uzunmüddətli sülh əldə etmək imkanının olduğunu bəyan etməklə yanaşı, Bakıdan bu fürsəti pozmağa yönəlmiş addımlardan çəkinməyi istəyib.
ARMENPRESS”-in verdiyi məlumata görə Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkənin hökumət iclasında deyib: Bütün fikir ayrılıqlarına baxmayaraq, həqiqətən də Ermənistan və Azərbaycan Respublikası arasında sabit və uzunmüddətli sülh əldə etmək imkanı var.
Bakıdan istəyirəm ki, bu fürsəti pozmağa yönəlmiş hərəkətlərdən çəkinsin.
Paşinyan daha sonra deyib: Bu sarsıdıcı hərəkətlər arasında beynəlxalq mexanizm çərçivəsində Xankəndi-Bakı dialoqunun davamlı şəkildə əngəllənməsini, Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanmasını və Beynəlxalq Qızıl Xaç Komitəsinın himayəsi altında müalicə üçün Ermənistana aparılan Vagif Xaçatryanın Azərbaycan tərəfindən oğurlanmasnı qeyd etmək olar.
Ermənistanın baş naziri həmçinin bildirib ki, Vaqif Xaçatryanın, digər məhbusların və hərbi əsirlərin azad edilməsi sülh prosesinə sadiqliyin mühüm əlamətidir.
Ermənistanın baş naziri çərşənbə günü bildirib ki, Bakı Qarabağ ərazisi üzrə birbaşa danışıqlara başlasa, bu ilin sonuna kimi Ermənistan və Azərbaycan Respublikası arasında sülh sazişi bağlana bilər.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə deyib:Ermənistanın öz öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi, kommunikasiyaların açılmasına mane törətməsi bölgədə sülh və sabitliyə xidmət etmir.