Azərbaycan Respublikasında Temperatur 44 dərəcəyə çatacaq
https://parstoday.ir/azeri/news/azerbaijan-i1510-azərbaycan_respublikasında_temperatur_44_dərəcəyə_çatacaq
Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.
(last modified 2023-08-09T04:34:16+00:00 )
Avq 08, 2023 06:11 Asia/Baku
  • Azərbaycan Respublikasında Temperatur 44 dərəcəyə çatacaq

Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.

Azərbaycan KİV-ə istinadən Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarına gəlincə, avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı gözlənilir.

“Bu cür hava şəraiti əksər əhali üçün əlverişsizdir. Belə günlərdə tez-tez maye qəbul etmək, günəş altında olarkən baş örtüklərindən və ya çətirlərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Özünüzü günvurma və istivurmadan qoruyun”, - Azərbaycan Respublikası Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.