Azərbaycan Respublikasının Ermənistana qarşı yeni ittihamı irəli sürülüb
Azərbaycan Respublikasının yüksək rütbəli rəsmisi Ermənistanı nifrət yayaraq sülhü pozmaqda ittiham edib.
Laçın dəhlizi kimi tanınan Dağlıq Qarabağ-Ermənistan yolunun işğalı, həmçinin Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasında sərhəd münaqişələrinin kəskinləşməsi tərəfləri yenidən danışıqlar aparmağa və növbəti sülh sazişi bağlamağa vadar edib. Xarici vasitəçiliklərə baxmayaraq, bu prosesdə heç bir irəliləyiş əldə olunmayıb.
Bəzən də hər iki ölkənin hakimiyyəti qarşı tərəfi sülh prosesinə mane olmaqda ittiham edir. Bu dəfə növbə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmisinə çatıb.
“Daily Sabah” qəzetinin məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bazar ertəsi çıxışında Ermənistanı Azərbaycan Respublikasına qarşı nifrət yaymaq siyasətini davam etdirməkdə ittiham edib.
“Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir. Belə ki, sosial mediada erməni istifadəçilərin azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajları bir daha onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı uzun müddətdir ki, nifrət siyasətini davam etdirir”-deyə Səbinə Əliyeva bildirib.
Qeyd edək ki, Ermənistan tərəfi də Azərbaycan Respublikasını Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə bağlanmış atəşkəs sazişini pozmaqda, eləcə də Dağlıq Qarabağda Etnik təmizləmə aparmaqda ittiham edib.
Ermənistanın fikrincə, Azərbaycan Respublikası Laçın dəhlizini soyqırım və etnik təmizləmə məqsədi ilə işğal edib.