Bakı BMT məruzəçilərinin Laçın dəhlizinin bağlanması ilə bağlı iddialarını təkzib edib
Avq 10, 2023 06:55 Asia/Baku
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, BMT-nin xüsusi məruzəçilərinin mövcud sənədlərə baxmayaraq, Laçın-Xankəndi-Ermənistan dəhlizinin bağlanması ilə bağlı iddiasını rədd edib və bununla bağlı dərc olunan hesabatı təəssüfləndirici adlandırıb
Son günlərdə BMT-nin xüsusi məruzəçiləri və BMT-nin İnsan Hüquqları Şurasının müstəqil ekspertlrindən biri Azərbaycan Respublikası ordusunun Qarabağın mərkəzi Xankəndidən Ermənistan ərazisinə doğru gedən Laçın dəhlizinin qarşısını kəsərək bu ərazidə yaşayan erməniləri blokadada saxladığını bildirib..