Bakıdan Paşinyana cavab
https://parstoday.ir/azeri/news/azerbaijan-i1580-bakıdan_paşinyana_cavab
Bakı Ermənistanın baş nazirinin Qarabağda etnik təmizləmə iddialarına cavab verib
(last modified 2023-08-14T06:58:24+00:00 )
Avq 12, 2023 07:11 Asia/Baku
  • Bakıdan Paşinyana cavab

Bakı Ermənistanın baş nazirinin Qarabağda etnik təmizləmə iddialarına cavab verib

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 11-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə bölgədə “gərgin humanitar vəziyyət” barədə iddiaları təkrarlayarkən deyib Ermənistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsi  erməni sakinlərə qarşı “etnik təmizləmə”dir

Azərbaycanın KİV-ı xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi  Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair cavab verib.

 Qeyd olunub ki, Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirməsinə mənəvi haqqı yoxdur.

"Erməni sakinlərin həqiqətən də iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi Ağdam-Xankəndi yolundan istifadə edilməsi mümkündür. Ermənistan tərəfi, “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir", - deyə Azərbaycan Respublikası XİN-in şərhində vurğulanıb.

Eyni zamanda, BMT ekspertləri Azərbaycan Respublikasından Laçın dəhlizinin yenidən açılmasını tələb ediblər.

Bu məsələ də Bakının etirazına səbəb olub.