Azərbaycan Respublikası Ermənilər təcili tibbi yardım maşınlarında silah daşıdığını iddia edib
Azərbaycan Respublikası iddia edib ki, Ermənistan təcili yardım maşınlarından istifadə etməklə Qarabağa qeyri-qanuni hərbi daşımalar həyata keçirir.
Azərbaycan KİV-i xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir, Avqustun 18-i səhər saatlarında Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu ilə döyüş mövqelərini gücləndirməsi müşahidə edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında deyilir:Texniki müşahidə vasitələri ilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.
Bakı iddia edir ki, Ermənistan elektron döyüş texnikası daşımaqla Azərbaycan Respublikasının hava məkanından keçən mülki aviasiya vasitələrinin uçuşlarının təhlükəsizliyinə ciddi təhlükə yaradır.