Bakı İrəvanı destruktiv fəaliyyətlər aparmaqda ittiham edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i1728-bakı_İrəvanı_destruktiv_fəaliyyətlər_aparmaqda_ittiham_edib
Ermənistan tərəfi öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır – Azərbaycan Respublikası XİN
(last modified 2023-08-22T07:05:40+00:00 )
Avq 22, 2023 06:54 Asia/Baku
  • Bakı İrəvanı destruktiv fəaliyyətlər aparmaqda ittiham edib

Ermənistan tərəfi öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır – Azərbaycan Respublikası XİN

Azərbaycanın ərazilərinin işğalı nəticəsində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır.

Aran radiosu Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualına cavabında bildirib.

Hacızadə əlavə edib ki, məntiqsiz addımları uğursuzluğa düçar olduqdan və heç bir nəticə əldə edə bilmədikdən sonra isə, Ermənistan tərəfi müxtəlif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla bu uğursuzluqları müxtəlif yalanlarla əsaslandırmağa, öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır.

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmalı və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir.

Son aylar Bakı və İrəvan bir-birini sülh yoluna mane olmaqda ittiham edir .