İrəvan və Bakı bir-birini atəşkəsi pozmaqda ittiham edib
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən ölkənin mövqelərinin atəşə tutulduğunu açıqlayıb.
2020-ci ildə İrəvan və Bakı arasında atəşkəs sazişinə və 44 günlük Qarabağ müharibəsinin başa çatmasına baxmayaraq, Ermənistan və Azərbaycan Respublikasının qüvvələri sərhədyanı ərazilərdə dəfələrlə bir-biri ilə qarşılaşıblar.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının qüvvələri ötən ilin dekabrından Dağlıq Qarabağ-Ermənistan yolunu işğal edib və həmin səbəbdən İrəvan Bakını atəşkəs sazişini pozmaqda və etnik təmizləmə aparmaqda ittiham edir.
ISNA-nın News.AM saytına istinadən verdiyi məlumata görə; Ermənistan Müdafiə Nazirliyi bazar ertəsi günü səhər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin Ermənistanın Zəngəzurun "Xnatsax" kəndi yaxınlığındakı hərbi bazalarını güllələrdən atəşə tutduğunu iddia edib.
Eyni zamanda, Azərbaycan Respublikasının “Trend” xəbər saytı bu ölkənin Müdafiə Nazirliyinə istinadən həmçinin iddia edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Müdafiə Nazirliyi bu ölkənin ordu bölmələri tərəfindən görülən tədbirlər nəticəsində Erməni tərəfindən aparılan işlərin dayandırılmasına işarə edərək əlavə edib ki Azərbaycan Respublikası Bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.