Bakı Erməniləri Kəlbəcərdə təxribat törətməkdə ittiham edib
Avq 24, 2023 08:52 Asia/Baku
Ermənilər Kəlbəcərdə təxribat törətdi- Azərbaycan Müdafiə Nazirliyi
Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan KİV-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Son aylarda Bakı ilə İrəvan arasında münaqişələrin intensivləşməsi ilə hər iki tərəf davamlı olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edir.