Paşinyan: Sülh müqaviləsi ilə bağlı təkliflər paketini Bakıya təqdim etmişik
https://parstoday.ir/azeri/news/azerbaijan-i1764-paşinyan_sülh_müqaviləsi_ilə_bağlı_təkliflər_paketini_bakıya_təqdim_etmişik
Ermənistan Azərbaycana sülh sazişi üzrə yeni təkliflər paketi göndərib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Avq 24, 2023 09:07 Asia/Baku
  • Paşinyan: Sülh müqaviləsi ilə bağlı təkliflər paketini Bakıya təqdim etmişik

Ermənistan Azərbaycana sülh sazişi üzrə yeni təkliflər paketi göndərib.

"İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib".

 "Sputnik Armenia"ya istinadən , bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - Paşinyan bildirib.

Qeyd edək ki, avqustun 15-də ER-in xüsusi təyinatlı səfiri Edmon Marukyan sentyabrda Azərbaycanla sülh müqaviləsi ilə bağlı yeni görüşlərin gözlənildiyini bildirmişdi.

Bu yaxınlarda Vaşinqtonda, Brüsseldə, Moskvada, Kişinyovda yüksək səviyyəli Ermənistan-Azərbaycan görüşləri keçirildi.

Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri səviyyəsində sonuncu görüş iyulun 25-də Moskvada baş tutub.

Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq bəyan edir ki, sülh müqaviləsinin imzalanmasının vacib şərti “Zəngəzur dəhlizi”nin açılması və Erməni hərbçilərin Dağlıq Qarabağdan çıxarılmasıdır.