Priqojinin ikinci təyyarəsi niyə Bakıya enib?
Priqojinin ikinci təyyarəsi niyə Bakıya enib? Azərbaycan KIV-i belə bir sual verir.
“Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin təyyarələrindən biri avqustun 24-də Bakıya yola düşüb.
Bunu uçuş izləmə xidməti Flightradar göstərib.
Həmin mənbənin sözlərinə görə, təyyarə saat 15:30-da Moskvadan yola düşüb və saat 19:04-də Bakı hava limanına enib.
Rusiya mənbələri iddia edir ki, bu, avqustun 23-də təyyarə qəzasında həlak olan Yevgeni Priqojinə məxsus iki təyyarədən biridir.
Priqojinin təyyarəsi qəzaya uğradıqdan sonra ikinci təyyarə Moskvaya qayıdıb, ertəsi gün isə Bakıya yola düşüb.
Kütləvi informasiya vasitələri qeyd edirlər ki, Bakıya uçan təyyarənin sərnişinləri barədə məlumat yoxdur.
mövzula bağlı
Qeyd edək Musavat.com Konkret.az-a istinadən xəbər verib ki, Jetica aviaşirkətinin baş direktoru Sergey Trifonov deyib: “Bəzi Rusiya KİV-lərinin “Vaqner” lideri Yevgeni Priqojinlə əlaqələndirdiyi ikinci təyyarənin qruplaşma ilə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, 24-avqust Priqojinin ikinci “Embraer ERJ-135BJ” biznes reaktivinin Bakıya enişi barədə məlumat yayılmışdı.