Rusiya və Azərbaycan XİN başçılarının müavinləri sülh prosesini müzakirə ediblər
https://parstoday.ir/azeri/news/azerbaijan-i1770-rusiya_və_azərbaycan_xİn_başçılarının_müavinləri_sülh_prosesini_müzakirə_ediblər
Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
(last modified 2023-08-26T07:15:50+00:00 )
Avq 26, 2023 05:41 Asia/Baku
  • Rusiya və Azərbaycan XİN başçılarının müavinləri sülh prosesini müzakirə ediblər

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

Avqustun 25-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Moskvaya səfəri çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

Bu barədə Azərbaycan KİV-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Görüş zamanı, iki ölkə arasında siyasi dialoqun, müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub.

Məmmədov və Qaluzin regiondakı vəziyyəti, zərbaycan və Ermənistan arasında normallaşma prosesini, sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işləri,müzakirə ediblər.