Bakıya təqdim olunan təkliflər paketi beşincidir
"İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib".
"Ermənistan Azərbaycana sülh müqaviləsinin artıq müzakirə olunmuş variantı çərçivəsində beşinci təkliflər paketini verib".
bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Pastinfo"ya bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim etdiyini açıqlamışdı.
"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - Paşinyan bildirib.
Lakin Bakı dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanmasının vacib şərti “Zəngəzur dəhlizi”nin açılması və Erməni hərbçilərin Dağlıq Qarabağdan çıxarılmasıdır.