Ermənipərəst lobbiçilər araşdırılmalıdır
https://parstoday.ir/azeri/news/azerbaijan-i1814-ermənipərəst_lobbiçilər_araşdırılmalıdır
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində ABŞ-nin “Nyu York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.
(last modified 2023-08-28T07:07:12+00:00 )
Avq 27, 2023 09:44 Asia/Baku
  • Ermənipərəst lobbiçilər araşdırılmalıdır

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində ABŞ-nin “Nyu York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.

Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:

“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün antiazərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.

H.Hacıyevin paylaşdığı “Nyu York Post”dakı xəbərin başlığında qeyd olunub: “Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.