Azərbaycan Prezidenti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə götüşüb
https://parstoday.ir/azeri/news/azerbaijan-i1824-azərbaycan_prezidenti_türkiyə_silahlı_qüvvələrinin_baş_qərargah_rəisi_ilə_götüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
(last modified 2024-05-23T04:11:58+00:00 )
Avq 28, 2023 08:28 Asia/Baku
  • Azərbaycan Prezidenti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə götüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.

Azərbaycan KİV-i xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edilib.

Həmçinin qeyd edək Dünən (bazar günü) Türkiyənin müdafiə naziri “Yaşar Gülər” və Azərbaycan Respublikasının Prezidenti görüşdə birgə hərbi əməkdaşlığın inkişafını vurğuladılar.

 İlham Əliyev Bakıda Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüşündə ölkəsinin silahlı qüvvələrinin Türkiyə ilə əməkdaşlığının səviyyəsini yüksık qiymətləndirib.

Azərbaycan Respublikası ilə Türkiyə arasında hərbi və iqtisadi əməkdaşlıq İkinci Qarabağ müharibəsindən sonra xeyli artmışdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan prezidenti İlham Əliyev hökumətinə hərbi dəstək verib.

Ankara hakimiyyəti dəfələrlə Türkiyənin İkinci Qarabağ müharibəsindəki rolunu və ermənilərə qarşı mübarizədə Bakıya dəstəyini təsdiqləyib.