Zakir Həsənov Türkiyəyədədir
Azərbaycanın müdafiə naziri Türkiyəyə gedib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin müdafiə naziri Yaşar Gülərin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib.
Bu barədə Azərbaycan KİV-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov 30 Avqust - Türkiyənin Silahlı Qüvvələri Günü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.
Qeyd edək ki, NATO üzvlərindən biri olan Türkiyə Azərbaycan Respublikasına hücum xarakterli hərbi silahlar verir.
Türkiyə "Bayraktar " Silahlı Pilotsuz Uçuş Aparatlarını göndərməklə Ermənistanla müharibədə Azərbaycan ordusuna kömək etdi.
Türkiyə, Azərbaycan silahlı qüvvələri ilə bir sıra təlimlərdə keçirib.